5 yaşında rekord qırdı

5-yasinda-rekord-qirdi
Oxunma sayı: 653

Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.

Paşam Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.

"Ağ Top" Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.  
Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.