5 yaşlı qızını zəhərləyən ananın məhkəməsi başladı

5 yaşlı qızını zəhərləyən ananın məhkəməsi başladı
Oxunma sayı: 493

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

G.Saypullayevə Azərbaycan dilini bilmədiyi üçün özünə tərcüməçi tələb edib: “Mən fermada böyümüşəm, atam lzəgi, anam rus olub. Ona görə dili bilmirəm”.

Ona tərcüməçi təyin edilib.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat versə, azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. G.Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, 5 yaşlı Luiza zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağına içirtdiyini deyib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi