5 yaşlı uşağı maşın vurub öldürdü - Balakəndə

5-yasli-usagi-masin-vurub-oldurdu
Oxunma sayı: 1555

Balakəndə 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə martın 24-ü, axşam saat 17 radələrində Səttar Gözəlov küçəsində baş verib.

Valideynləri ilə birlikdə şadlıq evində keçirilən tədbirdən çıxıb evə gedən 5 yaşlı Sona Allahverdiyevə onların əlindən qaçaraq qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman azyaşlını rayon sakini Xəlil Ağayev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə vurub.

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sona Allahverdiyeva Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.