50 Cent bitkoinlərini unutdu, 7 milyon dollar qazandı

50 Cent bitkoinlərini unutdu, 7 milyon dollar qazandı
Oxunma sayı: 2131

Amerikalı reper 50 Cent öz sonuncu albomunu kriptovalyuta qarşılığında sataraq 7 milyon dollar qazanıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, reper 2014-cü ildə “Animal Ambition” adlı albomunu 604 bitkoin qarşılığında satıb.

Həmin vaxt bitkoinin dəyəri isə 662 dollar olub. Bu da albomun 400 min dollar satıldığı deməkdir.

Reper bildirib ki, albomunu satdıqdan sonra bitkoinləri dollara çevirməyi unudub. Yalnız bu yaxınlarda bitkoinləri yadına düşüb və onu dollara dəyişib.

Beləliklə, 50 Cent unutqanlığına görə 7 milyon dollar qazanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi