50 faizdən 50 dəfə uzaq endirimin nəticəsi

50-faizden-50-defe-uzaq-endirimin-neticesi-
Oxunma sayı: 1307


Belə ki, mağazanın pəncərələrində “Endirim 20%-dən 60%-ə” və “Bütün qış mallarına 50% endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar ediblər. “Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Həsənov Zahir Famil oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdi.