50 nəfərlik avtobusdan 174 nəfər çıxdı

50-neferlik-avtobusdan-174-nefer-cixdi
Oxunma sayı: 1412

Türkiyənin Ərzincan şəhərində polis şübhəli avtobusu saxlayıb.

 “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, araşdırma zamanı avtobusdan çıxan 174 nəfərin qanunsuz yolla ölkəyə keçən miqrantlar olduğu müəyyənləşib.

Onların Əfqanıstandan gəldiyi bildirilir.

Tibbi müayinədən keçirilən miqrantlar, daha sonra Miqrasiya İdarəsinə aparılıblar.