50 yaşından sonra məşhurlaşan qadınlar... - Fotosessiya

50-yasindan-sonra-meshurlasan-qadinlar
Oxunma sayı: 3965

Xeyli insan həyatı üçün 50 yaş səddini qoysa da, digərləri ömrünü elə 50-dən sonra yaşamağa başlayır. Gəncliyində kimisi həkim, kimisi mütəxəssiz, kimisi isə ev qadını olub. Ancaq artıq onları əsas iki nüans birləşdirir: həyata sevgi və moda.

“Qafqazinfo” 50 yaşından sonra dünyaca məşhurlaşmış 5 qadını təqdim edir:

65 yaşlı professor Lin Slaterin “iconaccidental” adı ilə işlətdiyi instaqram profilinin 674 min izləyicisi var. Açdığı bloqla məşhurlaşan Slater tezliklə moda ikonu adlandırılıb.

Artıq uzun müddətdir ki, instaqram fenomenlərindən olan Baddie Vinkle 91 yaşı olmasına baxmayaraq enerjisi ilə hamını özünə valeh edir. Rəngarəng tərziylə seçilən Vinklenin hazırda instaqramda 4 milyona yaxın izləyicisi var.

69 yaşlı başqa bir moda ikonu isə cavanlığında model və stilist olan Linda Rodindir. Onun instaqram hesabında 257 min izləyicisi var və daim zövqlü geyimləri ilə maraq mərkəzindədir.

Las Veqasda yaşayan Dorrie Jacobson 84 yaşlı bloqqerdir. Senior Style Bible adlı saytı ilə yanaşı eyni adla olan instaqram səhifəsi var. 43 min izləyicisi olan Dorrie qadınları daim özünü sevməyə və baxımlı olmağa səsləyir.

Asiyanın tanınmış moda ikonlarından olan Moon Lin özünü “91 yaşlı ay işığı nağılı” adlandırır. 105 min izləyicisi olan Moon Lin küçə tərzinin yaşla bir əlaqəsi olmadığını göstərir.

54 yaşlı Grece Ghanemin zövqü moda aləmində çox bəyənilir və paylaşımları maraqla izlənilir. Saç, geyim tərzi ilə özünəməxsus aura yaratmış Grecenin hazırda 128 mindən çox izləyicisi var.

Günel Hacı