50 yaşlı kişi ağacdan yıxılıb komaya düşdü

50-yasli-kisi-agacdan-yixilib-komaya-dusdu
Oxunma sayı: 1586

Tovuz rayon sakini ağacdan yıxılıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun M.Musayev küçəsində baş verib.

Həmin küçədə yaşayan, 1968-ci il təvəllüdlü Mustafayev Əlibala Qoca oğlu həyətlərində meyvə yığarkən ağacdan yıxılıb.

Ə.Musayev ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.