50 yaşlı qadın evində yanaraq öldü

50-yasli-qadin-evinde-yanaraq-oldu
Oxunma sayı: 775

Gəncədə qadın yanaraq ölüb. “Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Fərhad Əliyev küçəsi ev 14, mənzil 1-də baş verib.

Həmin ünvanda yaşayan, 1969-cu il təvəllüdlü Kambulova Taisiya Aleksandrovna evdə qaz sobasını yandırmaq istəyərkən əynindəki paltar alışıb. Evdə tək olan qadın yanaraq ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli