50 yaşlı qadın təndirə düşüb öldü

50-yasli-qadin-tendire-dusub-oldu
Oxunma sayı: 3671

Lənkəranda 50 yaşlı qadın təndirdə yanaraq ölüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Aşağıtəngivan kəndində baş verib.

Kənd sakini Böyükxanım Talıb qızı Əliyeva təndirdə çörək bişirərkən ora yıxılıb.
 
B. Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.