50 yaşlı qadını şantaj edən gəncə hökm oxundu

50-yasli-qadini-santaj-eden-gence-hokm-oxundu
Oxunma sayı: 1866

Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən 26 yaşlı Elvin İsmayılova hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş təxminən 50 yaşlı qadın isə onu şantaj edən sevgilisini bağışladığını bildirib.

İttihama görə, Elvin İsmayılov sosial şəbəkədə yeni tanış olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə şantaj edərək 10 min manat tələb edib. Qeyd edək ki, E. İsmayılov həmin qadının oğlu ilə dost olub.

Murad Əhməd