500 manata dovşan satılır - Bakıda

500-manata-dovsan-satilir
Oxunma sayı: 736

Bakıda 27 yaşlı gənc dovşan biznesi ilə özünə maşın və ev də alıb. 

"Qafqazinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, Babək Qəribov daha çox qeyri-adi dovşan sortları saxlayır.

Babək 10 ildir dovşan saxlamaqla məşğuldur. Dovşanların arasında eləsi var, nəhəngliyi ilə görənləri heyrətləndirir.

Babək dovşanları artırır və satır. Deyir ki, bəzi dovşanları ətini yemək üçün alırlar, bəzilərini isə sadəcə evdə saxlamaq üçün.

Nəhəng dovşanlar əsasən qarğıdalı, arpa, buğda, tum, quru yonca ilə qidalanır. İki cütünün qiyməti isə 500 manata yaxındır.

Babək deyir ki, dovşanlar ildə 4-5 dəfə balalayır. Hər dəfə 8-14 arası bala doğulur.

Hazırda onun təsərrüfatında 200-ə yaxın dovşan var.