“500 manatımı alaraq məni aldatdı”

“500 manatımı alaraq məni aldatdı”
Oxunma sayı: 1559

Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Hakim Şükürov polisə müraciət edib. 

“Qafqazinfo”nun məlumatına görə, o, şikayətində bildirib ki, fevralın 23-də Bakı Şəhər Baş Gömrük İdarəsinin qarşısında tanıdığı Miri adlı şəxsə 500 manat pul verib.

Pulu verməkdə məqsəd isə gömrükdən tütün məmulatlarını çıxarmaq olub. Şükürovun iddiasına görə, həmin şəxs onu aldadaraq vədinə əməl etməyib və pulu da qaytarmayıb. 

Şikayətlə bağlı araşdırma aparılır. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi