500 metr kabel oğurlayan şəxs saxlanıldı

500-metr-kabel-ogurlayan-sexs-saxlanildi
Oxunma sayı: 1104

“Bakı Telefon Rabitəsi” MMC-yə məxsus 500 metr kabeli oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.

Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb.