500 qram narkotika

500-qram-narkotika
Oxunma sayı: 647

Polis əməkdaşlarının şübhəli şəxs qismində saxladığı 31 yaşlı Abdullayev İbrahim Tasim oğlunun üzərinə keçirilmiş baxış zamanı ilkin olaraq ondan 0,67 qram tiryək aşkarlanaraq götürülüb.

Sumqayıt ŞPİ-nin müstəntiqi Ayaz Qədiyev şübhəli şəxsin həyətindən də xeyli miqdarda narkotik maddə tapıldığını deyib. “Evinə keçirilmiş baxış zamanı heç bir şey çıxmasa da həyətdəki toyuq damından 457 q qurudulmuş marixuana aşkar edilərək götürülüb”.

Qeyd edək ki, 31 yaşlı İbrahim Abdullayev analoji əməlinə görə bir dəfə məhkumluq həyatı da yaşayıb. İndi onu növbəti həbs cəzası gözləyir. Artıq fakla bağlı Sumqayıt şəhər polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. /ANS/