5000 ədəd siqaret aşkarlandı

5000-eded-siqaret-askarlandi
Oxunma sayı: 1135

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5000 ədəd "Senator" adlı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.