5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir

5000-manatadek-cerime
Oxunma sayı: 2620

Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar sərtləşdirilir. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. 

Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə,  aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət predmeti ilə əlaqədar aidiyyatı tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarını əsassız icra edilməməsinə görə- vəzifəli şəxslər 300 manatdan 1000 manatadək cərimə edilir. 

Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsasız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə Palatanın təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə- vəzifəli şəxslər 300 manatdan 2000 manatadək cərimə edilir.

Məcəllənin 547.3 maddəsinə təklif edilən dəyişikliyə əsasən, Hesablama Palatasının fəaliyyətinə mane olmağa görə- vəzifəli şəxslər 400 manatdan 700  manatadək, hüquqi şəxslər 1000 manatdan  5000 manatadək cərimə edilməsi təklif edilir.  


Günel Türksoy