51 nəfər cərimə olundu

51-nefer-cerime-olundu-
Oxunma sayı: 881


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, keçirilən reydlər zamanı qanunsuz ov edilməsi  və qanunsuz yolla əldə edilmiş ov məhsulların satışı ilə bağlı 53 nəfər saxlanılıb, qanun pozan şəxslərdən, ümumilikdə 53 ov tüfəngi, 28 patron, qanunsuz ovlanmış 14 quş və 1 dovşan qanunvericiliyə uyğun qaydada götürülüb. Faktlarla bağlı akt və protokollar tərtib edilərək 51 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, ümumilikdə 47800 manat məbləğində cərimə olunub. Sənədlərini təqdim etməyən 2 nəfər qanun pozucusu barəsində  toplanmış materiallar və maddi-sübut kimi götürülmüş ov tüfəngləri isə təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə təqdim edilib. Hazırda araşdırma aparılır və təqsirkarların qanunvericiliyə uyğun qaydada  məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.    Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.