5100 m uzunluqda Dövlət Bayra­ğımız hazırlandı - Fotolar

5100 m uzunluqda Dövlət Bayra­ğımız hazırlandı
Oxunma sayı: 1741

Dövlət Sərhəd Xidməti tərəfindən 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətlə 12 iyunda “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.

“Qafrqazinfo” xəbər verir ki, dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıb.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi