53 yaşlı kişi itkin düşüb

53-yasli-kisi-itkin-dusub
Oxunma sayı: 678

Lənkəran şəhərində yaşayan 53 yaşlı kişi itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 11-də evdən çıxan 1965-ci il təvəllüdlü İsmayıl Nəsirov Gürcüstana gedəcəyini bildirib. Amma bir aydan çox vaxt keçsə də, ondan xəbər almaq mümkün olmayıb və ailəsi İ.Nəsirovun harada olduğundan məlumatsızdır.

İ.Nəsirovun itkin düşməsi barədə məlumatı polisə onun anası Güldəstə Nəsirova məlumat verib. Araşdırma aparılır.