535 nəfər ölüb

535 nəfər ölüb
Oxunma sayı: 175

“Qafqazinfo” xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu ilin yanvar-iyul aylarında ölkə ərazisində qeydə alınan 1783 yol qəzasından 776-sı sürət həddinin aşılması səbəbindən baş verib. Bu səbəbdən baş vermiş yol qəzalarında 227 nəfər ölüb, 721 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu dövrdə respublikada qeydə alınan yol qəzalarında 535 nəfər dünyasını dəyişib, 1966 nəfər xəsarət alıb.

Yol qəzalarının 636-sı toqquşma (171 xəsarət, 905 ölüm), 211-i aşma (96 ölüm, 232 xəsarət), 417-si ötmə (133 ölüm, 605 ölüm), 157-si yolayrıcı keçmə qaydalarını pozma (19 ölüm, 214 xəsarət), 55-i avtomobillərin sərxoş halda idarə olunması (19 ölüm, 62 xəsarət) səbəbindən baş verib.

7 ay ərzində respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 689 hadisə (198 ölüm, 532 xəsarət) qeydə alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi