54 neftçiyə vertolyotla gedəcəklərinə dair imza çəkdiriblər?

54-neftciye-vertolyotla-gedeceklerine-dair-imza-cekdiribler
Oxunma sayı: 2196

Ötən ay martın 16-da 54 neftçinin dənizdən sahilə vertolyot əvəzinə gəmi ilə gətirilməsi sosial şəbəkələrdə müzakirə edilib. “Qafqazinfo” xəbər verir ki, həmin tarixdə 54 neftçi dənizdən 40 dəqiqəyə vertolyotla yox, 9 saata gəmi ilə gətirilib.  

Bu haqda Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı da feysbukda yazıb. Belə ki, küləkli havada köhnə gəmidə neftçiləri yola salmaq tənqid edilib. Həmçinin 54 neftçini gəmiyə mindirəndə vertolyotla gedəcəklərinə dair imza çəkdiriblər. 

“Qafqazinfo” mövzu ilə bağlı “Azneft” İB-dən münasibət öyrənib. Bildirilib ki, sözügedən məsələ hazırda araşdırılır. İşçilərin nə üçün helikopterlə deyil (helikopter üçün imza aldıqları iddia olunan işçilərdən söhbət gedir), gəmi ilə gətirilməsi araşdırılır. Məsələnin həqiqətə uyğun olub-olmadığı müəyyən ediləcək. Ancaq qeyd edək ki, Neft Daşlarında işləyən işçilərin böyük əksəriyyəti gəmi ilə sahilə daşınır, sahildən də gəmi ilə işə aparılır.

 Günel Türksoy