54 yaşlı Bakı sakini özünü turnikdən asdı - Balakəndə intihar

54 yaşlı Bakı sakini özünü turnikdən asdı
Oxunma sayı: 1112

54 yaşlı Bakı sakini Balakəndə kirayə yaşadığı evdə intihar edib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 17 radələrində, 1964-cü ildə Salyan rayonunda doğulan və hazırda Bakı şəhərində qeydiyyatda olan, Nəriman Sabir oğlu Əliyevin meyiti Balakən şəhəri H. Əliyev prospektində, kirayə yaşadığı 63 saylı evin həyətyanı sahəsindəki turnikdən asılı vəziyyətdə aşkar edilib.
 
54 yaşlı Nərman Əliyevin intihar etdiyi məlum olub, onun Balakəndə tikintidə işlədiyi bildirilir.
 
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi