54 yaşlı kişi özünü bıçaqladı

54-yasli-kisi-ozunu-bicaqladi
Oxunma sayı: 731

Göyçay rayonunda 54 yaşlı kişi özünü bıçaqlayıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kürdşaban kəndində qeydə alınıb.

Qəbələ rayonunda qeydiyyatda olan 1963-cü il təvəllüdlü Cabbarov Fəxrəddin Daşdəmir oğlu bıçaq xəsarətləri ilə Göyçay rayon Xəstəxanasına gətirilib.

Yaralı izahatında o bildirib ki, özü-özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.