55 əlil Sakiyə müalicəyə gedir

55-elil-sakiye-mualiceye-gedir
Oxunma sayı: 629

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bildirib ki, Ukraynanın Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisədir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Orada aparılan müalicə kursu əlillərin səhhətində ciddi yaxşılaşma yaradır. Müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.
Eyni zamanda, Bolqarıstan Respublikası ilə müvafiq razılaşmaya əsasən, hazırda 30 nəfər əlil həmvətənimizin həmin ölkədə müalicə olunduğunu qeyd edən Asəf Əliyev dayaq-hərəkət sistemi zədələnmiş daha 100 nəfərədək əlil vətəndaşın cari il ərzində Naftalan şəhərindəki müvafiq reabilitasiya müəssisələrində bərpa müalicəsinin təşkil ediləcəyini bildirib.

Nigar Məmmədli