55 günə görə fləşmob... - Fotolar

55 günə görə fləşmob...
Oxunma sayı: 928

Formula-1 Azərbaycan Qran-prisinin başlanmasına 55 gün qalması münasibətilə könüllülər Dənizkənarı Milli Parkda fləşmob keçiriblər. Formula-1 könüllüləri himninin sədası altında baş tutan fləşmobda 30-u rəqqas olmaqla, ümumilikdə 60 nəfər iştirak edib.

"Qafqazinfo" AzərTAC-a istinadən xəbər verir ki, bu fləşmobu digərlərindən fərqləndirən cəhət mahnının nəqarət hissəsinə qurulan rəqsdə işarət dilindən istifadə olunmasıdır. Bunun məqsədi könüllülüklə bağlı heç bir məhdudiyyətin olmadığını vurğulayaraq, fiziki məhdudiyyətli gəncləri sosial həyatda fəal olmağa səsləməkdir.

Fləşmobda iştirak edən könüllülər şəhər sakinlərini, eləcə də paytaxtımızın qonaqlarını Formula-1 Azərbaycan Qran-prisi haqqında məlumatlandırıb və onları bu tədbirdə iştiraka dəvət ediblər. Tədbir ictimaiyyətin böyük marağına səbəb olub.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi