5.7 milyardlıq məhsul və xidmət...

57-milyardliq-mehsul-ve-xidmet
Oxunma sayı: 639

“Qafqazinfo” Statistika Komitəsinin saytına istinaən xəbər verir ki, istehsalın 75,3 faizi mədənçıxarma, 18,0 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.. İki ay ərzində 7,2 milyon ton neft, 2,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, kompüter və elektron, elektrik avadanlıqlarının, avtomobil və qoşqularının, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.