5809 nəfər qan verib - Yenilənib

5809 nəfər qan verib
Oxunma sayı: 1136

Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyaları bu gün səhər 9:00-dan başlanıb.

Səhiyyə  Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib.

Bu şəxslərdən 233 litr qan tədarük olunub.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səhər saatlarından indiyə kimi 3 min 510 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.

***

Səhiyyə Nazirliyinin saat 15:00-a olan məlumatına əsasən, 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.

***

Nazirlikdən "Qafqazinfo"ya bildirilib ki, saat 18:00-a olan məlumata əsasən,  5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614 litr qan tədarük olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi