596 balla universitetə qəbul ola bilmədi? - DİM-dən açıqlama

596 balla universitetə qəbul ola bilmədi?
Oxunma sayı: 8433

Azərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığsa da heç bir universitetə qəbul ola bilmədiyini iddia edib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı təhsil üzrə ekspert Kamran Əsədov feysbuk hesabında paylaşım edib. 

Onun sözlərinə görə, abituriyentin seçdiyi bir neçə neçə yerin keçid balını toplamasına baxmayaraq, elektron ərizəsində müsabiqədən keçə bilmədiyi əks olunub. 

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, nəticə fotoşopdur. Abituriyent bu yolla imtahanlarda topladığı balları yüksək göstərib.

X.Xanlarzadə, həmçinin qeyd edib ki, məxfilik qorunduğundan abituriyentin razılığı olmadan nə qədər bal topladığını açıqlaya bilməz. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi