5G texnologiyasını istəmirlər - Xərçəng xəstəliyi qorxusu

5g-texnologiyasini-istemirler
Oxunma sayı: 1523

ABŞ-da Mill-Velli şəhərində yaşayış zonalarında 5G qüllələrinin yerləşdirilməsi məhdudlaşdırılıb. Bu cür qadağalar Kaliforniya ştatının digər şəhərlərində də qüvvəyə minib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, buna səbəb isə yeni nəsil şəbəkə texnologiyasının insan səhhətinə zərər verməsi qorxusu olub.

Belə ki, şəhər sakinləri qorxurlar ki, 5G texnologiyası xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, 5G vasitəsilə internetə saniyədə 1 Gbit sürətlə qoşulmaq olar. Bu isə LTE şəbəkələrindəki göstəricilərdən 3 dəfə çoxdur. Plana əsasən 5G şəbəkəsindən əşyaların interneti konsepsiyası üzrə yüz minlərlə ötürücülər və bununla yanaşı kənd təsərrüfatı texnikası, pilotsuz avtobuslar və avtomobillər istifadə edəcəklər.

Bununla belə bəzi alimlərin fikrincə 5G şəbəkəsi insanlara 1 mm uzunluqlu dalğalar və ya qısadalğalı radiasiya ilə təsir edir.