“5G”ni dəstəkləyən ilk smartfonun təqdimat tarixi açıqlandı

5gni-destekleyen-ilk-smartfonun-teqdimat-tarixi-aciqlandi
Oxunma sayı: 912

Çinin elektronika nəhənginin nümayəndələri yeni mobil rabitə standartının inkişaf planları haqda məlumat veriblər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Huawei” şirkəti 2019-cu il martın əvvəlində “5G” mobil rabitəsi üçün komponentləri nümayiş etdirəcək.

Şirkət 2019-cu ilin iyununda isə “5G” texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcək.

“5G” mobil rabitəsinin dəstəyi “Wi-Fi” qoşulma olmadan canlı yayım aparmağa, artırılmış və ya virtual reallığa malik proqramlardan istifadəyə imkan verəcək.

“5G” tezlik parametrləri artıq məlumdur. Bu şəbəkə 600-700 MHs-lik aşağı tezlik spektrini, 3,5 QHs-lik orta tezlik və 50 QHs-lik yüksək tezlik spektrini dəstəkləyir.