6 ayda 3,8 milyard manat...

6-ayda-38-milyard-manat
Oxunma sayı: 648

Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, vergi daxilolmalarının 42,5 faizi mənfəət vergisinin, 21,9 faizi əlavə dəyər vergisinin, 11,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,1 faizi aksizlərin, 16,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 1 milyard 942 milyon 563,4 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,0 faiz çoxdur.

Yanvar-iyul aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 43 min 429, 2011-ci ilin iyul ayının 1-dən cari ilin avqust ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 36 min 668 olub. 1 avqust 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 456774-dür.

2012-ci ilin yanvar-iyul ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8 faiz təşkil edib.

Nigar Məmmədli