6 ayda 98 010 vətəndaş

6-ayda-98-010-vetendas-
Oxunma sayı: 652

DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə 01.07.2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 898 462 nəfərə çatıb. Sığortaolunanların 55,8 faizi kişi, 44,2 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 22,6 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,1 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Nigar Məmmədli