6 aydır uşağa ad qoymayıblar - Səbəb isə...

6 aydır uşağa ad qoymayıblar
Oxunma sayı: 2

Azərbaycanda bir uşaq 6 aydır adsızdır. "Qafqazinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, buna səbəb atanın oğluna "Musab" adını vermək istəyidir. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir edib və müraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə uşaq 6 ay adsız qalıb.

Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub göndərənlərin əksəriyyəti "Ə” hərfini "A” ilə əvəzləmək istəyirlər. Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var.

Müraciətlərin ən diqqət çəkəni isə soyadını dəyişdirmək istəyən şəxsə məxsusdur.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Şekspir, Meyvəli, Əbuturab kimi adları övladına vermək istəyən valideynlərin tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya da "yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən valideynlər də komisiyaya məktub göndəriblər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi