6 aylıq körpə qəzada yaralandı

6 aylıq körpə qəzada yaralandı
Oxunma sayı: 32

Zaqatalada baş verən yol qəzasında biri 6 aylıq körpə olmaqla 4 nəfər xəsərət alıb.

"Qafqazinfo" ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Əliabad qəsəbə sakini 68 yaşlı Adil Vəliyev idarə etdiyi "Mersedes" markalı 62 BL 237 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirməyib.

Nəticədə avtomobil eyni istiqamətdə hərəkət edən "Kamaz" markalı 99 XB 193 dövlət nömrə nişanlı yük maşınının arxasına vurub. Qəzadan sonra sürücü Adil Vəliyev və avtomobildə olan digər sərnişinlər, qəsəbə sakinləri 36 yaşlı Gülpəri Balayeva, 64 yaşlı Ramazan Balayev və 2016-ci ilin dekabr ayında anadan olmuş 6 aylıq körpə Əfsər Vəliyev aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi