6 aylıq qız saçlarına görə İnstaqram ulduzu oldu - Fotolar

6-ayliq-qiz-saclarina-gore-instaqram-ulduzu-oldu
Oxunma sayı: 5567

Çoxları saçlarının gur və sağlam olması üçün ağlasığmaz məbləğlər xərcləməkdən çıkinmir. Ancaq bəzən təbiət özü insanlara bu üstünlüyü bəxş edir. 6 aylıq Çanko kimi...

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 6 aylıq yapon qız İnstaqramın fenomeninə çevrilib. Buna səbəb isə Çankonun qalın, qara saçlarıdır. Müğənni Elvis Preslinin saçlarını xatırladan Çanko görənləri təəccübləndirir. 6 aylıq qızcığazın elə doğulandan qalın saçları olub. Anası onun fotolarını sosial şəbəkədə yerləşdirdikdən sonra isə Çankoya maraq yaranıb.

Artıq şəxsi səhifəsi olan balacanın 70 mindən çox izləyicisi var.