6 ildə 259 nəfər selfi üzündən ölüb

6-ilde-259-nefer-selfi-uzunden-olub
Oxunma sayı: 899

Son 6 ildə 259 nəfər “Selfie” etmək istəyərkən dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, belə bir məlumat “BBC”də yer alıb. 2011-2017-ci illəri əhatə edən araşdırmalara görə, dünyanın müxtəlif yerlərində selfi üçün həyatını riskə atan insanların əksəriyyəti sosial şəbəkə hesablarında daha çox “like” toplamaq üçün çəkilişdən ötrü hündür yerlərə üstünlük verirlər. Ölümlərin çox da elə bu səbəbdən baş verir.

Sonuncu dəfə ötən ay ABŞ-da 18 yaşlı Tomer Frankfurter 250 metr yüksəklikdən, iyulda isə 19 yaşlı Qavin Zimmerman Avstraliyada uçurumdan yıxılaraq dünyasını dəyişib.