6 ildən sonra komadan ayıldı - İlk sözü “Səni sevirəm” oldu

6 ildən sonra komadan ayıldı
Oxunma sayı: 3295

Çinin Hubey əyalətində komada olan kişi 6 ildən sonra ayılıb.

"Qafqazinfo" xəbər verir ki, həkimlər 2013-cü ildə motosiklet qəzasına düşərək beyin sarsıntısı keçirən Li Zhihuanın oyanmaq ehtimalının çox az olduğunu bildiriblər.

Buna baxmayaraq, komaya düşən kişinin arvadı Zhan Quihuan ümidini itirməyib və 6 il ərzində ərinin yanından ayrılmayıb.

Maraqlıdır ki, komadan ayıldıqdan sonra Li Zhihuanın ilk sözü xanımına "Səni sevirəm" demək olub. Həkimlərin sözlərinə görə, qadının mütəmadi olaraq əri ilə danışması kişinin sinir sisteminə müsbət təsir edib.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi