6 kq narkotiklə saxlanıldı

6-kq-narkotikle-saxlanildi
Oxunma sayı: 1223

Narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən İsmayıllı rayonunun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb. 

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ. Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.