6 milyard manat vergi toplanılıb

6-milyard-manat-vergi-toplanilib
Oxunma sayı: 2451


Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 2013-cü ildə Vergilər Nazirliyinin fəaliyyətinin yekunları ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, 2013-cü il ərzində Nazirlik tərəfindən dövlət büdcəsinə 6 mlrd. 663,6 mln. manat vəsaitin ödənilməsi təmin olunub. Bu da 2013-cü ilin dövlət büdcəsində müəyyənləşdirilmiş proqnozlara nisbətən 263,6 milyon manat və ya 4,1 faiz, 2012-ci illə müqayisədə isə 638,1 milyon manat və ya 10,6 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan daxil olan vergilərin məbləği 2012-ci ilə nisbətən 474,9 mln. manat və ya 14,4 faiz artaraq,3 mlrd. 761,6 mln. manat təşkil edib. 

S. Məmmədxanov bildirib ki, “informasiya texnologiyaları ili” çərçivəsində Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı artırılaraq 51-ə çatdırılıb. 2013-cü ildə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən layihələrin davamı olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birlikdə “Asan imza” layihəsinin reallaşdırılmasına,2013-cü ildən isə elektron və mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzi fəaliyyətə başladığını bildirən nazir müavini artıq mobil rəqəmsal imza sahiblərinin sayının 23 min nəfəri, mobil elektron imzanın istifadəsi üzrə əməliyyatların ümumi sayının isə 2 milyonu ötdüyünü diqqətə çatdırıb. Bakı şəhərində yeni Vergi ödəyicilərinə xidmət mərkəzi və genişləndirilmiş 195 Çağrı Mərkəzi istifadəyə verilib. Vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının məbləği 2013-cü il ərzində 9 faiz azalıb borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 3,4 faizə qədər azalıb 2014-cü ildə vergi orqanları qarşısında duran vəzifələrə toxunan nazir müavini dövlət büdcəsinə vergi daxilolmaları, qeyri-neft-qaz sektoruüzrə büdcə proqnozları, vergi orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədə də məlumat verib.