6 min pulsuz ting paylanıldı - Aksiyadan fotolar

6 min pulsuz ting paylanıldı
Oxunma sayı: 1661

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün nazirlik tərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə ümumilikdə 6000-ə yaxın müxtəlif cinli ağac tingi  paylanılıb.

Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

Qeyd edək ki, “Hər ailə ağac əksin” devizi altında keçirilən kampaniya 12,17 noyabr 2018-ci il tarixlərində daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi