"Bu gün “Diqlas” ticarət mərkəzində başlayan güclü yanğın zamanı zəhərlənən olmayıb".
Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Qeyd olunub ki, nazirliyin 6 briqadası hadisə yerindədir. Hələ ki xəstəxanaya heç kim aparılmayıb. Dünyasını dəyişənlər də yoxdur.
***
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, hadisə zamanı 6 nəfərə tibbi yardım göstərilib, bir nəfər isə xəstəxanaya aparılıb. Həmin şəxs FHN əməkdaşıdır.
Günel Türksoy