6 rayonun şöbə müdiri nöqsanlara görə işdən çıxarılıb

6-rayonun-sobe-mudiri-noqsanlara-gore-isden-cixarilib
Oxunma sayı: 3081

"Ötən tədris ilində işində nöqsanlara yol verdiyi üçün 6 rayon təhsil şöbəsinin müdiri işdən çıxarılıb".

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Naziri Ceyhun Bayramov Təhsil İşçilərinin Respublika Konfransındakı hesabat çıxışında qeyd edib.

Bildirib ki, araşdırmalar zamanı bir sira mənfi məqamlar ortaya çıxıb: "6 nəfər rayon təhsil şöbəsinin müdiri, 3 nəfər Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbəri, 8 direktor, 6 direktor müavini işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib. 80 nəfər direktorun əmək müqaviləsi bitəndən sonra nəticələr aşağı olduğu üçün onlarla olan müqavilələr uzadılmayıb. 29 direktor və 37 direktor müavini barədə intizam tədbirləri tədbiq edilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Təhsil naziri olaraq ən böyük arzum ondan ibarətdir ki, bu kimi məsələlər yox səviyyəsində olsun. Belə hallar baş verəcəksə, nazirlik hüquq müstəvisində ölçü götürəcək".

Günel Hacı