6 saylı marşrutda dəhşətli anlar- - 1ölü

6-sayli-marsrutda-dehsetli-anlar-
Oxunma sayı: 2274


Prokurorluğunun mətbut xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə baxış keçirib, cinayətin törədilməsində istifadə olunan odlu silah maddi sübut kimi götürüleb və digər təxirasalınmaz hərəkətlər aparılıb.

A.Xəlilovun idarə etdiyi “Toyota Corolla” markalı, 90-HS-359 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun yük hissəsində 1 ədəd “Vinçester” markalı ov silahı, lüləsi kəsilmiş 12 çaplı yivsiz qoşalülə ov silahı, 20 çaplı 20 ədəd patron, 12 çaplı 2 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri əldə etmə, saxlama, gəzdirmə), 229.1 (qanunsuz olaraq silah hazırlama) və 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanmış, hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

A.Xəlilov cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub. İlkin məlumata əsasən A.Xəlilov əvvəllər ruhi əsəb xəstəxanasında müalicə olunmaqla orada qeydiyyatdadır.

Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunun istintaq idarəsində davam etdirilir.