6 tona yaxın çətənə kolu yandırıldı

6-tona-yaxin-cetene-kolu-yandirildi
Oxunma sayı: 1577

Yabanı halda bitmiş ümumi çəkisi 5 ton 796 kiloqram çətənə kolu aşkar edilərək məhv edilib.

"Qafqazinfo"nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 4 ton 596 kiloqram olan 13825 ədəd çətənə kolu aşkar edilib.

Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Lənbəran kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 200 kiloqram olan 1 422 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.