6 yaşlı qız yanğında həlak oldu - Bərdədə faciə

6-yasli-qiz-yanginda-helak-oldu
Oxunma sayı: 1367

Bərdə rayonunda evdə yanğın 6 yaşlı qızın ölümü ilə nəticələnib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Güloglular kəndində baş verib. Ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb. 

Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub. 

Yanğın zamanı daha 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Röya