60 torba qəpiklə avtomobil aldı, 17 nəfər 3 gün saydı - Video

60-torba-qepikle-avtomobil-aldi-17-nefer-3-gun-saydi
Oxunma sayı: 2092

Çində avtomobil almaq istəyən qadın qeyri-ənəvi ödəniş üsulu seçib.  

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, avtomobil salonlarının birindən 190 min yuan qiyməti olan avtomobil almaq qərarına gələn qadın ödənişi 13 min qəpiklə edib.

O, salon əməkdaşlarına içi qəpiklə dolu olan 60 torba verib. Onun sözlərinə görə, pulları bank vasitəsilə köçürməkdənsə, birbaşa alqı-satqı yerinə gətirmək daha rahatdır. Qadın deyib ki, o, 13 min qəpik pulu 10 il ərzində yığıb.

Mənbənin təqdim etdiyi görüntülərdə avtomobil salonu işçilərinin qəpikləri sayması əksini tapıb. Mağaza direktorunun sözlərinə görə, pulları sayıb qurtarmaq üçün 17 əməkdaş üç gün vaxt sərf edib.