60 yaşlı qadını maşın vurdu

60-yasli-qadini-masin-vurdu
Oxunma sayı: 649

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
 
Rayonun Bağbanlar kənd sakini, 1957-ci il təvəllüdlü Əzizə Ağahüseyn qızı Əliyeva yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.