600-dən çox bal toplayanlara müjdə

600-den-cox-bal-toplayanlara-mujde-
Oxunma sayı: 636

TQDK-dan “Qafqazinfo”ya verilən məlumata görə, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər “Abituriyent” jurnalının 6-cı sayında və ya TQDK-nın internet saytında verilmiş anket sorğusunu doldurmalı və onunla birlikdə 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər.

Nigar Məmmədli