61 yaşlı kişi həyətində çətənə yetişdirdi - Foto

61-yasli-kisi-heyetinde-cetene-yetisdirdi
Oxunma sayı: 953

Mayın 16-da əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon Dəhnəxəlil kənd sakini 61 yaşlı Elbrus İsmayılov saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 61 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı E. İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.